Ana Sayfa Haberler Yazılar Ziyaretçi Defteri Resim Galerisi Videolar İletişim
 
 » MENÜ
DERNEĞİMİZ
    Dernek Tüzüğü
    Dernek Yönetim Kurulu
    Dernek İstişare Kurulu
    İletişim Adreslerimiz
    Dernek Banka Hesabımız
    DERNEK ÜYELERİ
    Siteleri Görmek İçin Tıklayınız
    DERNEĞİMİZ

ZİYARETÇİ DEFTERİ
    Deftere Yaz
    Dernek Kurucular Kurulu
    Defter oku

TÜRK CUMHURİYETLERİ
    Azerbaycan
    Türkmenistan
    Kazakistan
    Kırgızistan
    Özbekistan
    K.K.T.C

AKRABA TOPLULUKLARI
    Tüm akraba Toplulukarı

PROJE BANKASI
    Projelerini Yollayınız

TAVSİYE SİTELER

 »ORTAK DİLE ÇARE
Ortak Dile Çare Başvurusu
 » TÜRK BÜYÜKLERİ
 » TÜRK DÜNYASI
Dünya Türkleri Akraba Toplulukları Hizmet Derneği-Bir can iki sayılamaz, bizi kimsə ayıramaz”
 » GENEL YAZILAR » Bir can iki sayılamaz, bizi kimsə ayıramaz”

Sevgili Metin Hocam merhaba. Umarim iyisiniz inshallah?!

Bizler iyiyiz cok sukur. Calisiyoruz.Bu gunlerde  Azerbaycan en cok okunan gazetelrinden bir olan 525-ci gazetede iki sendir duzenli olarak yazdigim "Sosyoloji Bakis" adli kosemde Turkiye-Azerbaycan iliskilerinin son durumunu ele alan bir yazi kalem aldim. Linkini gonderiyorum. Okuduktan sonra yorumlarinizi bekliyorum

Bir can iki sayılamaz, bizi kimsə ayıramaz”

Əbülfəz SÜLEYMANLI
02:18 / 03.11.2009

 

     İki qardaş ölkə olan Azərbaycan-Türkiyə arasında münasibətlərin soyumasına səbəb olan bayraq məsələsi sonrasında cərəyan edən müvəqqəti narahatçılığın müsbət sonluqla başa çatması ilə birlikdə, hamı dərin bir nəfəs aldı. Burada bilərək “müvəqqəti narahatçılıq” söz birləşməsindən istifadə edirəm, çünki mənə görə iki ölkə arasında yaşanan hadisələr başqalarının iddia etdiyi kimi bir böhran deyildi. Ən azı ona görə ki, böhran daha uzun müddətli və qalıcı hadisələri tərif etmək üçün istifadə olunan bir sözdür. Halbuki iki qardaş ölkə arasında bu cür qalıcı və dərin bir böhranın yaşanması ən azı məntiqi cəhətdən mümkün deyil. Sevindirici haldır ki, məntiqimiz bu dəfə də bizi yanıltmadı və Türkiyə bayraqlarının Türkiyənin Cümhuriyyət Bayramı öncəsi yenidən asılması ürəklərimizə su səpərək bayram ovqatımızı ikiqat artırdı. Lakin bunu da demək lazımdır ki, proseslərin cərəyan etdiyi bu müddət ərzində, müvəqqəti narahatçılığı özünə girəvə bilən bəzi qüvvəllər bundan çox yaxşı istifadə edə bildilər. Xüsusilə media vasitəsilə aparılan təbliğat nəticəsində və efirə gedən tükürpədici görüntülər sayəsində hər iki xalq arasında şübhəyə səbəb ola biləcək toxumlar atıldı. Bəlkə də bəziləri mənim bu fikrimlə razılaşmayacaqlar, amma bu zaman kəsiyində mediada bəzən qəsdən şişirdilərək səslənən “Hətta bizim münaisbətlərimizin gərgin olduğu ölkələrdə belə şəhidliklərimizdə bayraqlarımız dalğalanırkən, Azərbaycanda Türk Şəhidliyində bayraqlarımızı endirildi” və yaxud “Bursada Türk polisi Azərbaycan bayrağını saymazyana zibil qutusuna atdı” kimi qarşılıqlı iddialar, fikir və ifadələr təsirsiz ötüşə bilməz. Ən azı Türkiyə-Azərbaycan münasibətlərini daha çox medianın təsirində qalan və məsələnin mənəvi, tarixi və elmi tərəfini o qədər də dərindən qavraya bilməyən hər iki xalqın nümayəndələri üçün bunun təsirsiz ötüşməyəcəyi bilinməlidir. Hər iki ölkədə bu cür hadisələrə mənəvi və elmi müstəvidə baxan insanların sayının digərləri ilə müqayisədə nə qədər az olduğunu nəzərə alsaq, onda məsələnin mahiyyəti daha da qabarıq şəkildə özünü biruzə vermiş olur. Məhz bu səbəbdən Orxan Aras qardaşımız bu məsələni təfərrüatlı olaraq təhlil etdiyi yazısında çox haqlı olaraq xüsusilə Türkiyə mediasına ünvanlanan “Siz nə etməyə çalışırsınız?” sualını ortaya qoydu.

     İndi isə bu məsələlərin üstündən keçərək, bir daha bu cür fürsətçilərə meydan verilməməsi üçün bundan sonra hansı işlərin görülməsi lazımdır, onun haqqında düşünmək vaxtıdır. Bu iki bir-birinə canla, qanla bağlı xalq arasında şübhələrin aradan götürülməsi üçün görülməsi vacib olan tədbirlər haqqında düşünməliyik. Bu cür fürsətçilərin hər zaman ola biləcəyini nəzərə alanda bunun nə dərəcədə zəruri olduğu bir daha aydın olur. Birinci növbədə bu müvəqqəti narahatçılığa səbəb olan hadisələrdən düzgün nəticə çaxarmalıyıq. “Bir müsibət min nəsihətdən yaxşıdır” deyib atalarımız. Bizdə qarşılaşdığımız bu vəziyyəti düzgün təhlil etməli və bundan özümüz üçün düzgün dərslər çıxarmalıyıq. Bundan sonra Azərbaycan-Türkiyə münasibətlərinin strateji tərəfdaşlıq müstəvisinə qaldırmaq üçün hər tərəfli düşünülmüş iş planımız olmalıdır. Burda xüsusilə elm adamlarının öhdəsinə böyük vəzifə düşür. Etiraf etmək lazımdır ki, məhz bu müstəvidə bizim əlaqələrimiz arzu olunan səviyyədə deyil. Halbuki digər sahələrdəki əlaqələr də məhz bu sahədə mövcud əlaqələrin əsası üzərində qurulmalı idi. Siyasi və iqtisadi münasibətləri bu təsnifatdan kənar tuturam. Bunun əvəzində isə bu gün daha çox müğənnilər və sənət adamları səviyyəsində qurulan əlaqələri nümunə göstəririk. Ən yaxşı halda ziyalılar arasında münasibətlər şairlər arasında olan isti əlaqələrlə məhdudlaşır. Amma gəlin etiraf edək ki, şairlər arasında münasibətlər bəlkə ilk dövrlər uzun illər bir-birinə həsrət qalmış iki qardaş xalqın hisslərinə tərcüman olurdusa, sonraki illər bu əlaqələrin bu müstəvidən çıxaraq arzu etdiyimiz münasibətlərin formalaşması üçün təbiidir ki, kifayət etməyəcəkdi və etmir. Bu gün təəssüflər olsun ki, biz onun əskikliyini acı verən hadisələr yaşayaraq hiss edirik. Bu gün ziyalılar və elm adamları arasında münasibətlər ən yaxşı halda 3-4 ildə bir gerçəkləşən Türk Xalqlarının Qurultayları çərçivəsində keçirilən elmi konfranslar sayəsində baş tutur. Orda da önəmli bir əskiklik bəzi ziyalıların bu qurultaylarda iştirakı da turistik bir səyahət kimi qiymətləndirməsidir. Hələ də elmin müxtəlif sahəsində çalışan alimlər arasında ortaq layihələrin keçirilməsinə çatacaq səviyyədə əlaqələr formalaşmayıb, hər iki ölkənin elmi jurnallarında qarşılıqlı çap səviyyəsi çox aşağıdır. Bu xalqların mövcud vəziyyətini və gələcək inkişaf persektivini müqayisəli şəkildə təhlil edən elmi tədqiqatların sayı yox deyiləcək qədər azdır. O isə əlaqələrin inkişafı sadəcə ikitərəfli elmi münasibətlərin inkişafı baxımından deyil, eyni zamanda beynəlxalq səviyyəli elmi təşkilatlarda qarşılıqlı bir-birinə dəstək olunması baxımından da əhəmiyyətlidir. Məsələ cari ilin mart ayında Beynəlxalq Sosiologiya Assosiasiyasının (İSA) 5 ildən bir keçirilən mötəbər konsullar konfransında məhz Türkiyə və Azərbaycan nümayəndə heyətinin birgə hərəkət etməsi nəticəsində bu təşkilatın üst qurumuna bizdən birinin seçilməsinə nail ola bildik. Başqaları bu cür fürsətlərdən də istifadə edə bildiyi halda niyə biz bundan yararlanmayaq?! Təbii ki, elmi əlaqələrin zəif olması haqqında danışarkən dil faktorunu nəzərə almamaq olmur. Belə ki, bu iki xalqın dili eyni olsa da uzun illər ayrı düşmənin də nəticəsində elmi terminologiyası bir-birindən fərqlənir. Xüsusilə Türkiyədə humanitar elmlər sahəsində formalaşmış terminologiyanı Azərbaycanlı alimlər tərəfindən çətinliklə əxz olunması heç kimə sirr deyil. Lakin bunun da bir çarəsi var. Burda xüsusilə hörmətli filosofumuz Səlahəddin Xəlilovun təklifini səsləndirmək istəyirəm. Uzun illərdir Türk dünyası filosoflarını bir araya gətirmək üçün böyük əmək sərf edən və bu istiqamətdə kifayət qədər əhəmiyyətli nəticələr əldə edən Səlahəddin müəllim, azərbaycanlı elm adamları üçün qısa müddətli Türkiyə türkcəsində elmi terminologiya kurslarının təşkil olunmasının təklifi ilə bir neçə dəfə çıxış edib. Ümid edirəm ki, Türkiyənin ölkəmizdəki əlaqədar qurumları bu təkifi və buna olan ehtiyacı nəzərə alıb bu kursların təşkil olunmasına nail olacaqlar. O zaman azərbaycanlı ziyalılar üçün İstanbulda çap olunan fəlsəfə, hüquq, politologiya, sosiologiya, psixologiya mövzusunda kitabı oxuyub təhlil etmək o qədər çətin olmayacaq. Hesab edirəm ki, oxşar bir təcrübədən digər Türk dövlətlərində və o cümlədən Türkiyədə də istifadə olunması məqsədə uyğundur.

     Elm adamları arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün müxtəlif elm sahələrini təmsil edən alimlər arasında vahid elmi assosiasiyaların və dərnəklərin yaradılması da böyük əhəmiyyət kəsb edir. Bu baxımdan vitse-prezidenti olduğum Türk Dünyası Sosioloqlar Birliyi nümunəsindən bəhs etmək istəyirəm. 2003-cü ildən İstanbulda “Türkiyə-Azərbaycan-Qazaxstan sosioloqlarının görüşü” konfransı ilə başlayan əlaqələr, gərgin və məhsuldar əməyin nəticəsində Türk dünyası sosioloqlarının vahid bir qurumda birləşməsinə nail ola bildik. Bu qurumun tərkibində türk dünyasının bütün dövlətləri yüksək səviyyədə təmsil olunur. İndiyə qədər birliyin biri Türkiyədə, digəri Qazaxıstanda olmaqla iki böyük qurultayı keçirilib. Birliyə üzv olan ölkələrin sosioloqlarının elmi məqalələrini çap olunduğu elmi jurnalımız belə var. Həm də qeyd emək lazımdır ki, sosioloq alimlər sadəcə qurultaydan-qurultaya bir araya toplaşmır, eyni zamanda ortaq layihələr və tədqiqatlar həyata keçirərək Türk dünyasının aktual ictimai problemlərinin öyrənilməsinə öz töhfələrini verirlər. Arzu edək ki, yaxın illərdə elmin digər sahəsində çalışan alimlər arasında da buna bənzər birlikər təsis olunsun. Həm də bu cür münasibətlər yaranarkən gənc elm adamları, aspirantlar, magistrlar və bakalavr pilləsində təhsil alan gəncləri də diqqətdən kənar saxlamamaq lazımdır. Onların da bu cür birliklərdə aktiv iştirak etmələri və konfranslara dəvət olunmaları təmin olunmalıdır. Çünkü münasibətlərin gələcək inkişafının məhz onların düşüncələri və fəaliyyətində sayəsində mümkün olacaq.

     Bilmirəm, nədənsə proseslərin kulminasiya nöqtəsinə çatdığı dövrdən etibarən Türkiyə-Azərbaycan münasibətlərini tərif etmək üçün məşhur Türk şərqisinin nəqarəti beynimdə dolaşdı durdu və bugünkü məqalənin başlığını da məhz belə adlandırmağa qərar verdim: “Bir can iki sayılamaz, bizi kimsə ayıramaz”. Həqiqətən də, bizi kimsə ayıramaz. Amma diqqətli olmalı və ehtiyatı əldən verməməliyik.

Əbülfəz SÜLEYMANLI asuleymanli@box.az




  Okunma : 1225